AZ

Kral III Karl qardaşı Endrüyü titullardan və imtiyazlardan məhrum edib

Britaniya monarxı şahzadəni Çinlə əlaqələrə və Epşteyn qalmaqalına görə rezidensiyadan çıxarır...

Poliqon xəbər verir ki, Böyük Britaniya kralı III Karl öz kiçik qardaşı, şahzadə Endrüyü bütün rəsmi titullarından və krallıq imtiyazlarından məhrum edib. Reuters Agentliyinin məlumatına görə, kral həmçinin onun Windsor yaxınlığındakı Royal Lodge adlı iqamətdən çıxarılması barədə göstəriş verib.

Məlumatda bildirilir ki, şahzadəyə artıq rəsmi şəkildə iqaməti tərk etmək və özəl mənzilə köçmək barədə bildiriş göndərilib. Qərarın səbəbi kimi Endrünün Çin nümayəndələri ilə əlaqələri və adı məşhur maliyyəçi Ceffri Epşteyn qalmaqalında hallanması göstərilir.

Xəbərə əsasən, kral sarayı uzun müddət Endrü ilə bağlı reputasiya risklərindən narahat idi və onun krallıq ailəsinin rəsmi imicinə zərər vurduğunu hesab edir. Endrü 2019-cu ildə Epşteyn işi ilə bağlı ittihamlardan sonra ictimai vəzifələrindən uzaqlaşdırılmış, lakin Royal Lodge rezidensiyasında yaşamağa davam etmişdi.

Yeni qərar Britaniya monarxiyası tarixində nadir hadisə kimi qiymətləndirilir və kral ailəsində sərt intizam siyasətinin davamı sayılır.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr