AZ

Şəhid Xəzər rayonunda torpağa tapşırıldı

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mikayıl Atababa oğlu Əliyev oktyabrın 31-də paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən yeni məzarlıqda dəfn olunub.

Modern.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Milli Məclisin deputatları, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.

İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.

Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Mikayıl Əliyev 1968-ci il oktyabrın 31-də paytaxtın Nizami rayonunda anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Mikayıl Əliyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan beş şəhiddən biridir.

Seçilən
1
8
modern.az

10Mənbələr