AZ

Mehriban Xanlarova buna görə qızından imtina edibmiş

Əməkdar artist Mehriban Xanlarova övladlığa götürdüyü bacısı qızı Ayseldən imtina etməsinin səbəbini açıqlayıb.

Publika.az xəbər verir ki, aktrisa bacısı qızının müğənnilik sevdasına düşdüyünü bildirib. O qeyd edib ki, məhz buna görə ondan üz döndərib:

"Bildiyiniz kimi, 06.12.2024 tarixində milyonların qarşısında 35 il ərzində həm özünə, həm də altı övladına maddi və mənəvi analıq etdiyim bacım qızından imtina etdiyimi və məsuliyyət daşımadığımı ictimaiyyətə bəyan etmişdim. Həmin vaxt qeyd etmişdim ki, bu addımı atmağımın müxtəlif və ciddi səbəbləri var. Bu səbəblərdən biri də ondan ibarətdir ki, altı övlad anası olan həmin şəxs, səsi və istedadı olmadığı halda, müğənnilik adı altında televiziya kanallarına çıxaraq, nüfuzuma xələl gətirmək niyyətindədir.

Müğənnilik etmək ayıb deyil! Ayıb olan odur ki, altı övlad anası evdə uşaqlarını böyüdüb tərbiyə vermək əvəzinə, səsi və istedadı olmamasına baxmayaraq efir gəzərək özünü müğənni kimi təqdim etməyə çalışır. Onun müğənnilik fəaliyyəti üçün nə təhsili, nə səsi, nə də istedadı var. Əgər bu keyfiyyətlərə malik olsaydı, mən onu sənət yoluna yönəldər və dəstək olardım. Necə ki, illər ərzində bir çox istedadlı gənclərə bu dəstəyi göstərmişəm".

Xanlarova bacısı qızını verilişə çağıran aparıcılara səslənib:

Seçilən
15
10
publika.az

10Mənbələr