Missiya.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin nüvə proqramı ilə bağlı yeni açıqlamalar verib.
Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, Vens Ağ Evin bağçasında jurnalistlərin suallarını cavablandırarkən Prezident Donald Trampın “nüvə silahı sınaqlarına başlamaq” əmri barədə danışıb.
O qeyd edib ki, ABŞ, Rusiya və Çin kimi ölkələrdə böyük silah ehtiyatları mövcuddur və bu dövlətlər vaxtaşırı arsenalın işlək vəziyyətdə qalması üçün sınaqlar aparırlar.
“Bəzən bu silahların düzgün işlədiyinə əmin olmaq üçün müəyyən sınaqlar keçirməli oluruq. Biz, hətta münasibətlərin gərgin olduğu ölkələrlə belə, nüvə silahlarının yayılmasını məhdudlaşdırmaq istiqamətində əməkdaşlıq edirik. Prezident bu istiqamətdə fəaliyyətini davam etdirəcək, lakin nüvə arsenalımızın təhlükəsizliyinə əmin olmaq milli təhlükəsizliyimizin vacib hissəsidir”, – vitse-prezident bildirib.
Vens əlavə edib ki, nüvə silahlarının işlək vəziyyətdə saxlanılması məqsədilə aparılan sınaqlar müntəzəm xarakter daşıyır.
Seyranə QuliyevaMissiya.Az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.