AZ

Ay səthinə enməyə hazırlaşırlar

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

Çinin kosmik mərkəzi 2030-cu ilə qədər taykonavtların Ay səthinə enişini həyata keçirməyi planlaşdırır. Reyting.az xəbər verir ki, bu barədə ölkənin aerokosmik sənayesinin nümayəndələri mediaya "Tianqonq" orbital stansiyasına yeni missiyaların heyətlərini açıqladıqları zaman bildiriblər.Bu kosmik proqramın nümayəndəsi Çjan Cinbo deyib ki, insanın Aya enişi üçün bütün tədqiqatlar və inkişaf işləri plana uyğun davam edir. Onun sözlərinə görə, "Çanjen-10" raketi ilə Ay geyimlərinin və kosmik tədqiqat aparatının hazırlanması da məhz bu istiqamətdə görülmüş işlərin nəticəsidir.Cinbo əlavə edib ki, hazırda ən əsas məqsəd 2030-cu ilə qədər Çin insanını Aya endirməkdir. Tədqiqatçı Cinbo vurğulayıb ki, yaxın gələcəkdə "Tianqonq" stansiyasına göndəriləcək hər kosmik ekipaj öncədən nəzərdə tutulduğu kimi, təxminən yarım il müddətində Ayın səthində tədqiqatlar aparacaq. İlk heyətin sınaq uçuşunun bu cümə gününə planlaşdırıldığı bildirilib. Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
reyting.az

2Mənbələr