AZ

Millimiz Banqladeş və Malaziya ilə qarşılaşacaq

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qadın futbolçulardan ibarət Azərbaycan millisi noyabrın 24-dən dekabrın 3-dək Banqladeşdə təlim-məşq toplanışında olacaq. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda Dəkkə şəhərində "FIFA Tri Nations Women's Football Series 2025" adlı turnirdə Banqladeş və Malayziya yığmaları ilə mübarizə aparacaq.

Yığma noyabrın 29-da Malayziya, dekabrın 2-də Banqladeş seçməsi ilə Milli Stadionda qarşılaşacaq. Oyunların başlanma vaxtı və hakim təyinatları ilə bağlı daha sonra məlumat veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
3
sport24.az

10Mənbələr