AZ

Ermənistan Polis Qoşunlarının komandanı vəzifəsindən azad edilib

Ermənistan Polis Qoşunlarının komandanı və Ermənistan Polisinin rəis müavini general-mayor Ayk Babayan vəzifəsindən azad edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncamı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan imzalayıb.

Qeyd edək ki, Ayk Babayan bu vəzifəni beş il müddətində icra edib.

Seçilən
14
8
operativmm.az

10Mənbələr