ain.az, Axar.az portalına istinadən məlumat verir.
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas AB-də hakimiyyət uğrunda Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə mübarizəni uduzub.
Axar.az xəbər verir ki, bu barədə “Die Welt” nəşri mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, siyasətçilər arasında mübahisənin səbəbi Kallasın Martin Zelmayrı Avropa Xarici Fəaliyyət Xidmətinin rəis müavini vəzifəsinə təyin etmək təklifi olub:
“Fon der Leyen bu təklifi təxribat adlandırıb, çünki o, Zelmayeri qatı əleyhdarı hesab edib. Tərəflərin bu münaqişəsində heç bir AB ölkəsi Kallası dəstəkləməyib”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
 
                        