ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Melissa” qasırğası Karib hövzəsi ölkələrində azı 44 nəfərin ölümünə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin qurbanları Haiti, Dominikan Respublikası və Yamayka sakinləri olub. Qasırğanın səbəb olduğu dağıntıların təmizlənməsi davam etdiyindən ölənlərin sayının arta biləcəyi gözlənilir.
Proqnozlara görə, qasırğa qərbi Karib hövzəsinə 48-52 milyard dollara qədər ziyan vurub.
Qeyd edək ki, “Melissa” Saffir-Simpson şkalası üzrə beşinci kateqoriyalı (ən yüksək) qasırğa kimi qiymətləndirilir. Pik saatlarında qasırğada küləyin sürəti 82 m/s (295 km/saat) təşkil edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.