AZ

Dörd ukraynalı “Qarabağ” - “Çelsi” matçında iş başında olacaq

UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu üçün hakim təyinatları açıqlanıb.

Sportinfo.az UEFA-nın saytına istinadla xəbər verir ki, oyun Ukraynadan olan hakimlər briqadasına tapşırılıb.

Referi Dmitri Kubryak olacaq.

Ona yan xətt hakimləri qismində Vitali Skoblya və Aleksandr Korniyko köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.

Noyabrın 5-də “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Çelsi” matçı saat 15:00-da başlayacaq.

Seçilən
17
17
sportinfo.az

10Mənbələr