AZ

Elman Mehdiyev maliyyə nazirinin müşaviri deyilmiş - RƏSMİ

Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saxladığı Balakən Rayon İcra Hakimiyyətinin icra başçısı İslam Rzayevin bacısı oğlu Elman Mehdiyev barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Cebheinfo.az" xəbər verir ki, Bakupost.az -ın əldə etdiyi məlumata görə, Elman Mehdiyev hazırda Maliyyə Nazirliyində çalışmır. O 2018-ci ildən maliyyə nazirinin müşaviri vəzifəsində çalışıb və bu ilin əvvəlində həmin vəzifəsindən ayrılıb.

Məlumatı Maliyyə Nazirliyinin mətbuat xidmətindən Bakupost.az -a təsdiq ediblər.

Qeyd edək ki, o, daha əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri olub.

Xatırladaq ki, dünən mətbuatda İslam Rzayevin bacısı oğlu Elman Mehdiyevin maliyyə nazirinin müşavini olması barədə məlumat yayılıb.

"Cebheinfo.az" 

Seçilən
9
4
cebheinfo.az

5Mənbələr