AZ

Türkiyədə yenə  zəlzələ oldu

Türkiyədə 4,2 maqnitudada zəlzələ baş verib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 07:18-də Balıkesir vilayətinin Sındırqı rayonunda qeydə alınıb.

Zəlzələnin ocağı 12,9 kilometr dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, oktyabrın 27-də Balıkesirdə 6,1 maqnitudalı zəlzələ qeydə alınmışdı.

Seçilən
13
7
veteninfo.az

10Mənbələr