Bakıda "Belçika müstəmləkəçiliyi: tanınma və məsuliyyət" adlı beynəlxalq konfrans keçirilir.
Publika.az xəbər verir ki, tədbirə Bakı Təşəbbüs Qrupu təşkilatçılıq edir.
Konfransda Belçikanın keçmiş müstəmləkələri – Konqo Demokratik Respublikası, Ruanda və Burundidən olan nümayəndələr, habelə diplomatlar və rəsmi şəxslər iştirak edirlər.
Ümumilikdə konfransa 8 ölkədən beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssislər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları, reparasiya (Təcavüzkar dövlətin təcavüzə məruz qalmış dövlətə (dövlətlərə) dəymiş zərəri pul və ya maddi formada ödəməsini nəzərdə tutan maddi-hüquqi məsuliyyət-red.) məsələləri üzrə ekspertlər qatılıb.
 
                        