Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.
Avtosfer.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,29 ABŞ dolları, yaxud 0,43 % azalaraq 65,95 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən gün neftimiz 66,24 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
 
                        