AZ

Çin Afrikadan bütün idxalı rüsumdan azad etməyə hazırdır – Si Cinpin

Pekin hakimiyyəti Çinlə diplomatik münasibətlər quran Afrika ölkələrindən bütün malları tamamilə rüsumlardan azad etməyə hazırdır.

Musavat.com xəbər verir ki, bunu Çin rəhbəri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) liderlərinin 32-ci qeyri-rəsmi görüşündə çıxışı zamanə elan edib: "Çinlə diplomatik münasibətlər quran Afrika ölkələrinə bütün tarif xətlərində 100 faiz rüsumsuz güzəşt etməyə hazırıq".

Si Cinpin Çinin Pekinlə rəsmi münasibətlər quran ən az inkişaf etmiş ölkələrdən idxalı artıq tamamilə azad etdiyini açıqlayıb. O, Çinin ortaq inkişaf üçün hərtərəfli iqtisadi tərəfdaşlıq haqqında müqavilələr imzalamağa hazır olduğunu bildirib.

Si Cinpin qeyd edib ki, Çin hakimiyyəti "Bir kəmər, bir yol" təşəbbüsü layihələrini intensiv şəkildə həyata keçirmək və daha çox inkişaf etməkdə olan bazar ölkələrini modernləşdirmə səylərində dəstəkləmək üçün digər ölkələrlə işləmək niyyətindədir.

Çin Baş Gömrük İdarəsinin məlumatına görə, Çinin Afrika ölkələri ilə ticarət dövriyyəsi 2024-cü ildə 4,8 faiz artaraq 259,56 milyard dollara çatıb. Pekinin ixracı 3,5 faiz artaraq 178,76 milyard dollar, Afrika ölkələrindən idxal isə 6,9 faiz artaraq 116,8 milyard dollar olub.

Musavat.com

Seçilən
43
musavat.com

1Mənbələr