AZ

Cənubi Koreyada APEC-in zirvə toplantısı başlayıb

Bakı. Trend:

Cənubi Koreyanın Kyoncu şəhərində Asiya-Sakit Okean İqtisadiƏməkdaşlıq Təşkilatına (APEC) üzv tərəflərin liderlərinin 32-cizirvə toplantısı başlayıb.

Trend xəbər verir ki,“Dayanıqlı gələcəyin qurulması” mövzusunda keçirilən tədbirin əsasmövzusu birtərəfli ticarət və digər maneələrin çoxaldığı şəraitdədayanıqlılığı artırmaq və iqtisadi inkişafı stimullaşdırmaqyollarını müzakirə etməkdir. Toplantıda APEC-ə üzv tərəflərinliderləri, o cümlədən Çin Xalq Respublikasının Sədri Si Cinpin,Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə yanaşı qonaq ölkəbeynəlxalq təşkilatların rəhbərləri də qatılır. ABŞ PrezidentiDonald Tramp oktyabrın 30-da APEC-in biznes forumunda iştiraketdikdən sonra Cənubi Koreyanı tərk edib.

Cənubi Koreya Prezidenti Li Cemyönün ofisindən verilən məlumatagörə, 2 gün davam edəcək toplantıda liderlər Asiya-Sakit okeanregionunu daha açıq, dinamik və dayanıqlı etmək yollarını müzakirəedəcəklər. Sonda Kyoncu Bəyannaməsinin qəbul edilməsigözlənilir.

Qeyd edək ki, APEC ölkələrinin təsisçiləri Avstraliya, Bruney,İndoneziya, Kanada, Malayziya, Yeni Zelandiya, Sinqapur, ABŞ,Tailand, Filippin, Koreya Respublikası və Yaponiyadır. Bundanəlavə, təşkilatın tərkibinə Çin, Meksika, Papua-Yeni Qvineya, Çili,Rusiya, Vyetnam və Peru daxildir. APEC-in üzvü olan tərəflər qlobalümumi daxili məhsulun 60 faizini təmin edir.

Seçilən
13
5
az.trend.az

6Mənbələr