AZ

Rusiya müdafiə naziri Qazaxıstana getdi

Sia Az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rusiya Federasiyasının müdafiə naziri Andrey Belousov Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin müdafiə nazirləri şurasının iclasında iştirak etmək üçün Qazaxıstanın Almatı şəhərinə səfər edib. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, iclas çərçivəsində iştirakçı ölkələrin silahlı qüvvələrinin gücləndirilməsi və regionda sabitliyin qorunmasına yönəlmiş çoxtərəfli hərbi əməkdaşlığın əsas aspektləri müzakirə olunacaq.

Vurğulanıb ki, tədbir MDB ölkələrinin hərbi qurum rəhbərlərinin fəal birgə işini nəzərdə tutur.

Qeyd olunub ki, Andrey Belousov Qazaxıstanda olduğu müddətdə MDB-yə üzv dövlətlərin müdafiə strukturlarının rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
2
sia.az

10Mənbələr