AZ

KİV: Trampın nüvə sınaqları bəyanatı Putinə mesaj idi

BAKI, 31 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın dərhal nüvə sınaqlarına başlamaqla bağlı bəyanatı ilk növbədə Rusiya prezidenti Vladimir Putinə mesaj xarakteri daşıyır.

Teleqraf xəbər verir ki, bunu Finlandiyanın "Helsingin Sanomat" nəşri yazır.

“Trampın bu açıqlaması əsasən Rusiyaya ünvanlanmış mesaj kimi qiymətləndirilə bilər”, – deyə qəzet qeyd edib.

Xatırladaq ki, Tramp daha əvvəl ölkənin nüvə arsenalının etibarlılığını yoxlamaq üçün təcili audit keçirilməsi barədə göstəriş vermişdi.

Seçilən
49
teleqraf.com

1Mənbələr