AZ

Muzey rəhbərliyi və polis quldurluqda bir-birini günahlandırır / Bu ölkədə

Luvr muzeyindəki oğurluğa görə rəhbərlik və polis bir-birini günahlandırır

Fransanın məşhur Luvr muzeyində baş vermiş oğurluğa görə muzeyin rəhbərliyi və Paris polis prefekturası bir-birini məsuliyyətli sayır.

Bu barədə Le Figaro qəzeti məlumat yayıb.

Senatın Mədəniyyət Komitəsinin təşkil etdiyi dəyirmi masada oğurluğa səbəb olan təhlükəsizlik boşluqları müzakirə edilib. Bildirilib ki, həm muzey rəhbərliyi, həm də polis prefekturası muzey ətrafındakı ərazidə videomüşahidə məsələsinə lazımi diqqət ayırmayıb və məsuliyyəti qarşı tərəfin üzərinə atır.

Senator Loran Lafon qeyd edib ki, Senat komissiyasının muzeyə səfəri zamanı bir sıra ciddi çatışmazlıqlar aşkarlanıb — köhnəlmiş müşahidə kameraları, ətraf ərazinin və perimetrin mühafizəsinin zəif təşkili. Onun sözlərinə görə, sentyabr ayından bəri Fransada azı yeddi iri muzey oğurluğu qeydə alınıb.

Paris polis prefekti Patris For isə bildirib ki, yeni müşahidə kameralarının quraşdırılması polis ilə razılaşdırılmalı olsa da, Luvr rəhbərliyi müqavilələrin uzadılması üçün müraciət etməyib. Mövcud müqavilələrin müddəti isə iyulda bitib. O, muzeydəki müşahidə sistemlərinin hələ də analoq texnologiyalarla işlədiyini və bu səbəbdən operativ məlumat ötürülməsinin çətinləşdiyini vurğulayıb. Prefektin sözlərinə görə, Luvrun təhlükəsizlik sisteminin tam yenilənməsi planı yalnız 2030-cu ilə qədər həyata keçirilə bilər.

Xatırladaq ki, oktyabrın 19-da Luvr muzeyinə basqın edən oğrular “Apolon qalereyası”na daxil olaraq doqquz ədəd zinət əşyasını oğurlayıblar. \\32gun.az

Seçilən
31
1
hurriyyet.az

2Mənbələr