AZ

İstanbulda vəkilin qətlini sifariş verməkdə şübhəli bilinən azərbaycanlı Moskvada saxlanıldı

İstanbulda sui-qəsd nəticəsində öldürülən vəkil Serdar Öktemin qətlini sifariş verməkdə şübhəli bilinən şəxs Moskvada saxlanılıb.

 

Saxlanılan "Alican Çakır" ləqəbli Əli Gülmalızadədir.

 

Türkiyə mətbuatı onun Azərbaycan vətəndaşı olduğunu qeyd edir. Onun oktyabrın 23-də keçirilmiş xüsusi əməliyyat zamanı Rusiya paytaxtında saxlanıldığı bildirilir.

 

Gülmalızadənin Türkiyəyə ekstradisiyası üçün müvafiq prosedura başlanılıb.

 

Xatırladaq ki, Öktem oktyabrın 6-da İstanbulun Şişli rayonunda avtomobilində silahlı hücuma məruz qalıb.

 

Oxu.az

Tarix: 30 Oktyabr 2025, 23:37   
Seçilən
12
5
pravda.az

6Mənbələr