Ukrayna müharibənin 1345-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Gundem.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 140 860 hərbçi, 11 305 ədəd tank, 23 514 ədəd zirehli döyüş maşını, 34 089 ədəd artilleriya sistemi, 1 531 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 232 hava hücumundan müdafiə sistemi, 428 ədəd hərbi təyyarə, 346 ədəd helikopter, 65 993 ədəd avtomobil texnikası, 75 707 ədəd PUA, 3 880 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 986 xüsusi avadanlıq itirib.
 
                        