AZ

QHT-lər üçün WUF13-lə bağlı infosessiya təşkil olunub

Bakı, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində QHT-lər üçün WUF13-də (World Urban Forum) iştirakçılıqla bağlı informasiya sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üzvü, Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbərinin müavini Gülşən Rzayeva QHT-lərə iştirakçılığın formaları barədə təqdimatla çıxış edib.

İnfosessiyada WUF13 barəsində ətraflı məlumat verilib, iştirakla bağlı qeydiyyat prosesi, QHT-lər üçün yaradılan imkanlar izah edilib, suallar cavablandırılıb, təkliflər qeydə alınıb.

Seçilən
26
4
azertag.az

5Mənbələr