AZ

Zelenski Ukraynada hərbi vəziyyət və səfərbərlik müddətini uzadıb

Zelenski Ukraynada hərbi vəziyyət və səfərbərlik müddətini uzadıb

Ukrayna Prezidenti Volodimir Zelenski 5 noyabrdan etibarən hərbi vəziyyət və səfərbərliyi daha 90 gün müddətinə uzadan qanunları imzalayıb.

AFN.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının saytında məlumat verilib.

Prezidentin müvafiq qanunları təsdiqləməsi ilə Ukraynada hərbi vəziyyət və səfərbərlik 5 noyabr 2025-ci ildən etibarən əlavə 90 gün müddətinə uzadılır və ən azı 3 fevral 2026-cı ilədək qüvvədə qalacaq.

Bu, tammiqyaslı müharibənin başlanmasından bəri Ukraynada hərbi vəziyyət və səfərbərliyin 17-ci uzadılmasıdır. Sonuncu dəfə Ali Rada hərbi vəziyyət və səfərbərliyi 15 iyul tarixində uzadıb.

Hərbi vəziyyətin məqsədi Ukraynanın müstəqilliyi və ərazi bütövlüyü üçün təhlükə yaradan hərbi təcavüz və ya hücum təhlükəsi qarşısında dövlət orqanlarına əlavə səlahiyyətlər verməkdir.

Səfərbərliyə tibbi komissiyadan keçmiş 25–60 yaş arası kişilər daxildir. Həmçinin, tibbi təhsili olan qadınlar yalnız könüllü şəkildə səfərbər edilə bilərlər.

Seçilən
34
afn.az

1Mənbələr