AZ

Trampdan Baydenə ağır sözlər

ABŞ Prezidenti Donald Tramp siyasi rəqibi və sabiq dövlət başçısı Co Baydeni hədəf alan növbəti qalmaqallı açıqlama verib.

“Ölkə.az” xəbər verir ki, Tramp “Truth Social” hesabında Baydeni “satqın” adlandıraraq onun həbs olunmalı olduğunu yazıb.

“Nəinki uğursuz, həm də iyrənc bir insandır. O, həm daxildən, həm də zahirdən çirkin bir adamdır”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, Donald Tramp daha əvvəl də Baydeni Rusiyaya və Ukraynaya qarşı yürüdülən siyasətə görə ittiham etmişdi. O, dəfələrlə bəyan edib ki, əgər özü prezident olsaydı, Rusiya-Ukrayna müharibəsi heç vaxt başlamazdı.

Seçilən
8
2
olke.az

3Mənbələr