AZ

Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsindən danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini vurğulayıb.

Baş nazir bu açıqlamanı hökumət iclasındakı çıxışı zamanı verib: “Biz hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır”, – Nikol Paşinyan bildirib.

Lakin Ermənistanın Baş naziri Ermənistan Konstitusiyasından Azərbaycan ərazisinə iddiaların çıxarılması zərurətindən – bu şərt olmadan Ermənistan-Azərbaycan sülh müqaviləsinin bağlanmasının mümkün olmadığından bəhs etməyib. Paşinyan qeyd edib ki, sülh müqaviləsinin mümkün qədər tez imzalanması zərurəti qlobal vəziyyətlə diktə olunur. Saziş regionda təhlükəsizliyi təmin edəcək: “Dünyada və regionda vəziyyət gərgindir və biz gərginliyin azaldılmasına və fundamental həll yollarının tapılmasına görə özümüzü məsuliyyətli hesab edirik”, – Nikol Paşinyan vurğulayıb.
Baş nazir həmçinin Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin ayrı-ayrı yerlərdə müəyyən edilməsinin vacibliyini də qeyd edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
31
editor.az

1Mənbələr