AZ

Avropa Birliyi Metsamor AES-in təmiri üçün İrəvana 5 milyon avro ayırdı

Ermənistan mediasının məlumatına görə, Avropa Birliyi İrəvana nüvə elektrik stansiyasının təhlükəsizlik sistemini modernləşdirmək üçün təxminən 5 milyon avro ayıracaq.

Editor.az xəbər verir ki, Hökumətin iclasda razılaşmanı təsdiqlədiyi bildirilir.

Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin rəhbəri Davit Xudatyan bildirib ki, qrant fövqəladə hallarda partlayıcı hidrogenin suya çevrilməsi ilə onun əmələ gəlməsinin qarşısını alan hidrogen rekombinatorlarının alınmasına sərf olunacaq. Xudatyan qeyd edib ki, Yerevan Fukuşima Daiçi Atom Elektrik Stansiyasında baş verən qəzadan sonra yenilənmiş yeni nüvə təhlükəsizliyi tələblərinə riayət etməyə çalışır.

Xatırladaq ki, Ermənistan Metsamorda nüvə elektrik stansiyası işlədir. Hakimiyyət orqanları gələn il stansiyada təmir işləri aparmağı planlaşdırır.

//Samir Qurbanov, Editor.az

Seçilən
14
editor.az

1Mənbələr