AZ

Zelenskidən müharibə ilə bağlı VACİB QƏRAR

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin daha 90 gün – 5 noyabr 2025-ci ildən 3 fevral 2026-cı ilə qədər uzadılmasını nəzərdə tutan qanunlar imzalayıb.

KONKRET.az xəbər verir ki, Ukrayna Ali Radasının məlumatına görə, bunlar dövlət başçısı tərəfindən imzalanan 14128 və 14129 nömrəli qanunlardır.

Ukraynada tammiqyaslı müharibənin başlanğıcından bəri hərbi vəziyyət və səfərbərlik 17 dəfə uzadılıb.

Parlament əvvəlki uzadılmanı 15 iyul 2025-ci ildə təsdiqləyib. Ölkədə 24 fevral 2022-ci ildə tətbiq edilən hərbi vəziyyət rejimi bütün Ukrayna ərazisində qüvvədə qalır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
37
konkret.az

1Mənbələr