AZ

“Real Madrid” UEFA-dan 4,5 mld. kompensasiya tələb edir

“Real Madrid” və Super Liqanı təşviq edən A22 Sports şirkətinin vəkilləri Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) qarşı “zərər, itirilmiş mənfəət və nüfuz itkiləri” üçün kompensasiya tələbi ilə iddia qaldırmaq niyyətindədirlər.

Editor.az xəbər verir ki, As-ın məlumatına görə, kompensasiya məbləği 4,5 milyard avro olaraq qiymətləndirilir.
Xatırladaq ki, 2023-cü ildə Avropa Ədalət Məhkəməsi UEFA və Beynəlxalq Futbol Assosiasiyasının (FIFA) hərəkətlərini AB antiinhisar qanunlarını pozduğunu müəyyən edib. Çünki təşkilatlar yeni bir turnir olan Super Liqanın yaradılmasına mane olublar.

Məhkəmə həmçinin FIFA və UEFA-ya “rəqabət əleyhinə davranışlarını” dayandırmağı əmr edib. 2025-ci ilin oktyabr ayında Madrid Əyalət Məhkəməsi UEFA-nın “Avropa Birliyinin azad rəqabət qaydalarını pozduğunu” və “bazarda dominant mövqeyindən sui-istifadə etdiyini” təsdiqləyib. “Real Madrid” bu qərarın “klubun vurduğu əhəmiyyətli ziyana görə kompensasiya tələb etməyə imkan verdiyini” bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
4
2
editor.az

3Mənbələr