AZ

Zelenskidən müharibə ilə bağlı qərar: Hərbi vəziyyət və səfərbərlik...

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin daha 90 gün, yəni 5 noyabr 2025-ci ildən 3 fevral 2026-cı ilə qədər uzadılmasını nəzərdə tutan qanunu imzalaıb.

Globalinfo.az bildirir ki, Ukrayna Ali Radasının məlumatına görə, bunlar dövlət başçısı tərəfindən imzalanan 14128 və 14129 nömrəli qanunlardır.

Ukraynada tammiqyaslı müharibə başlayandan bəri hərbi vəziyyətin və səfərbərliyin vaxtı 17 dəfə uzadılıb.

Parlament əvvəlki uzadılma qərarını 15 iyul 2025-ci ildə təsdiqləyib. Ölkədə 24 fevral 2022-ci ildə tətbiq edilən hərbi vəziyyət rejimi bütün Ukrayna ərazisində qüvvədə qalır.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
globalinfo.az

1Mənbələr