AZ

Sual Mertsin xoşuna gəlmədi, Ərdoğan jurnalisti müdafiə etdi - VİDEO

Almaniya kansleri Fridrix Merts və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat konfransı zamanı gərgin anlar yaşanıb. 

Bakıvaxtı.az xəbər verir ki, jurnalistlərdən birinin İsraillə bağlı sualı Mertsin xoşuna gəlməyib. 

Jurnalist:

- Siz İsraili dəstəkləyirsiniz. Qəzzada 20 mindən çox uşaq da daxil olmaqla 60 mindən çox insan həlak olub. Bu dəstək Almaniyanın nasist keçmişi ilə bağlıdırmı? Tarixin sizi yanlış tərəfi dəstəklədiyiniz üçün bir daha qınayacağından qorxmursunuzmu?

Merts:

- Almaniya İsraili qurulduğu gündən bəri dəstəkləyib. Almaniya həmişə İsraili dəstəkləyəcək.

Ərdoğan:

- Onlar Qəzzanı bombalayırlar - bu, soyqırımdır, kütləvi qırğın yolu ilə insanları "cəzalandırmaq" kampaniyasıdır. Almaniya, görmürsünüzmü? Görmürsünüzmü?

 

 

Seçilən
3
2
bakivaxti.az

3Mənbələr