AZ

Putindən əmr: Əməliyyatlar dayandırılsın və...

Rusiya ordu qüvvələri xarici jurnalistlərin keçidini təmin etmək üçün Krasnoarmeysk, Dimitrov və Kupyanskda hərbi əməliyyatları 5-6 saat dayandırmağa hazırdır.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Rusiya komandanlığı, zərurət yaranarsa, bu ərazilərdə hərbi əməliyyatları beş-altı saat müddətinə dayandırmağa və Ukrayna jurnalistləri də daxil olmaqla, xarici media nümayəndələri üçün maneəsiz giriş-çıxış dəhlizləri təmin etməyə hazırdır", - deyə bildirilib.

Qeyd edilir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələri tərəfindən Krasnoarmeysk, Dimitrov və Kupyanskda mühasirəyə alınan ərazilərə xarici jurnalistlərin maneəsiz keçidini təmin etməyi əmr edib. \\Bakupost.az

Seçilən
6
4
hurriyyet.az

5Mənbələr