AZ

“Barselona” Osimhenlə maraqlanır

"Barselona" “Qalatasaray”ın hücumçusu Viktor Osimheni transfer etmək istəyir.

QOL.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya klubu 26 yaşlı forvardla yaxından maraqlanır.

"Barselona"nın Osimheni Robert Levandovskinin potensial əvəzləyicisi kimi gördüyü bildirilib. O da, qeyd olunub ki, "Qalatasaray"ın "Napoli"dən 75 milyon avroya transfer etdiyi və 4 illik müqavilə bağladığı hücumçunun İspaniya klubuna keçəcəyi o qədər də asan görünmür.

Qeyd edək ki, nigeriyalı forvard bu mövsüm "Qalatasaray"da bütün turnirlərdə 9 oyunda 6 qol vurub.
Seçilən
3
1
sherg.az

2Mənbələr