Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Qadın sürücü yol polisi əməkdaşını avtomobillə vurub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində baş verən hadisənin görüntüləri kameraya düşüb. Qayda pozan “karşerinq” xidmətinin 49 yaşlı qadın sürücüsü yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Polis əməkdaşı sürücüdən avtomobili bir az qabağa verməsini istəyib. Lakin qadın sürücü pedalların yerini səhv salaraq polis əməkdaşını vurub. Qəza nəticəsində iki avtomobilin arasında qalan 46 yaşlı polis xəsarətlər alıb və xəstəxanaya aparılıb.
Qadın sürücü verdiyi ifadəsində həyəcanlanaraq pedalların yerini səhv saldığını bildirib.
Ona qarşı inzibati protokol tərtib edilib və cinayət ittihamları nəzərdən keçirilir.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
 
                        