AZ

Köçkünlərin yaşadığı yaşayış kompleksinin söhbətgahı zəbt edilibVİDEO

Bakıda keçmiş məcburi köçkünlərin istirahəti üçün nəzərdə tutulan söhbətgah qonşular tərəfindən zəbt edilib. Həmin yerə qapı qoyulub, kilidlənib, sakinlərin ora daxil olmasına imkan verilmir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Qaradağ rayonu ərazisində yerləşən və keçmiş məcburi köçkünlərin yaşadığı "Qobu Park 2" yaşayış kompleksindən gedir.

"Xəzər Xəbər"in qaynar xəttinə şikayət edən sakinlər iddia edirlər ki, onların istirahəti üçün nəzərdə tutulmuş söhbətgah qanunsuz olaraq zəbt olunub.

Söhbətgahı zəbt edən Pərvanə Rzayeva isə illərdir burada meyvə tərəvəz satdıqlarını deyir. Qonşuları əvvəllər ondan narazı olmasalar da, sonradan etiraz ediblər. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildirildi ki, məsələ araşdırıldıqdan sonra ətraflı məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
28
1
xezerxeber.az

2Mənbələr