Lionel Messi DÇ-2026-ya hazırlaşmaq üçün Səudiyyə Ərəbistanı klubuna keçmək istəyib.
Publika.az xəbər verir ki, Ər-Riyaddakı Mahd İstedadların İnkişafı Akademiyasının baş meneceri Abdullah Hammad bu barədə Səudiyyə Ərəbistanının “Thmanya” nəşrinin yayımladığı podkastda danışıb.
38 yaşlı argentinalı forvard bu yaxınlarda “İnter Mayami” ilə müqaviləsini 2028-ci ilə qədər uzadıb.
“Messinin komandası keçən yay Klublararası Dünya Çempionatı zamanı mənimlə əlaqə saxladı. O, 2026-cı il dünya çempionatına hazırlaşmaq üçün Amerika liqasında dörd aylıq fasilə zamanı Səudiyyə Ərəbistanında oynamaq istəyirdi.
Mən təklifi nazirə təqdim etdim, lakin o, Messinin cəmi 4 aya gəlməsinə icazə vermədi və məsələ bağlandı.
O, Səudiyyə Ərəbistanı çempionatının Messi üçün təlim-məşq toplanışı olmayacağını bildirib”, – Həmmad deyib.
 
                        