AZ

De Bruyne meydana nə vaxt qayıdacaq?

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne əməliyyat olunub.Klubun mətbuat xidmətinin məlumatına görə, 34 yaşlı belçikalı futbolçu Antverpendə sağ bud nahiyəsindən uğurlu əməliyyat keçirib. Kevin bərpa prosesinə öz ölkəsində başlayacaq. Xatırladaq ki, o, A seriyasının 8-ci turunun “İnter”lə matçında penalti zərbəsini yerinə yetirdikdən sonra zədələnərək meydanı tərk edib. Onun təxminən 3-4 ay futbolsuz qalacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
icma.az

2Mənbələr