ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
GizmoChina mütəxəssisləri yeni "iPhone 17"ni Çin istehsalı smartfonlarla müqayisə ediblər.
Redaktor.az xəbər verir ki, nəticələr portalda dərc olunub.
Jurnalistlərin qənaətinə görə, "iPhone 17" bir neçə göstərici üzrə Çin cihazlarından geri qalır. Belə ki, Apple modeli adi OLED ekranla gəlsə də, "Xiaomi 17" LTPO-panel və 3500 nit zirvəli parlaqlıq təklif edir. Bununla belə, ekspertlər "iPhone"un ekranının mükəmməl kalibrləndiyini qeyd ediblər. Yeni "iPhone"-da güclü "A19" çipi quraşdırılıb, lakin Çin istehsalı cihazlarda "Snapdragon 8 Elite Gen 5" ilə performans baxımından müqayisə edilə bilər.
"iPhone 17"-nin kamerası iki 48 meqapiksel moduldan ibarətdir. Qiymət baxımından oxşar "Xiaomi" cihazları isə 200 meqapiksel "Leica" kameraya malikdir. Batareya sahəsində də "Apple" cihazları Çin smartfonlarından geri qalır: "iPhone" 3692 mAh batareya ilə gəlir, bir çox "Asiya" markalarının cihazları isə 7000 mAh və daha böyük batareyaya sahibdir.
Qiymət məsələsinə gəldikdə, "iPhone 17" 799 ABŞ dolları (təxminən 64 min rubl) təşkil edir. "Xiaomi 17" 4499 yuan (51 min rubl), "Vivo X300" isə 4399 yuan (49 min rubl) qiymətinə satılır.
Aytəkin TOFİQQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        