AZ

Yoqurt bu səbəbdən FAYDALIDIR

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Düzgün qidalanma insanın psixoloji vəziyyətinə müsbət təsir göstərə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə terapevt-həkim və dietoloq Arina Mamina UfaTime.ru-ya müsahibədə danışıb.

Maminanın sözlərinə görə, emosional vəziyyəti yaxşılaşdırmaq üçün rasiona yağlı balıqlar - məsələn, vəhşi qızılbalıq və ya siyənək əlavə edilməlidir. Bu balıqlarda beyin hüceyrələrini stressə qarşı daha dayanıqlı edən xüsusi omega-3 yağları var. “Bu, mexanizmi daha yaxşı işləməsi üçün yağlamağa bənzəyir”, - deyə həkim izah edib.

Bundan əlavə, terapevt rasiona kefir, canlı yoqurt və ya turş kələm kimi məhsulların daxil edilməsini tövsiyə edib. Bu məhsullar bağırsaqda “xoşbəxtlik hormonu” adlandırılan serotonin istehsalına təsir göstərir. Həmçinin, depressiya ilə mübarizədə tərkibində təbii B9 vitamini (fol turşusu) çox olan ispanaq kimi yarpaqlı göyərtilər də faydalıdır.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
redaktor.az

2Mənbələr