Bakı, 30 oktyabr, AZƏRTAC
8 Noyabr – Zəfər günü ilə bağlı paytaxtda təşkil ediləcək paradla əlaqədar Azadlıq meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, noyabrın 3-dən 9-dək Zəfər paradına hazırlıq müddətində və bayram günündə yeraltı dayanacaq fəaliyyət göstərməyəcək.
 
                        