İlon Maskın atası Errol Mask Rusiya pasportu almaq istədiyini bildirib.
Busaat.az xəbər verir ki, bu barədə o, “TASS”-a müsahibəsində deyib.
“Əlbəttə, niyə də olmasın? Yaxşı sualdır. Təəccüblənirəm, belə bir sual gözləmirdim. Niyə də olmasın? Bu, mənim üçün böyük şərəf olardı”, – deyə o, sualı cavablandırıb.
Errol Mask Moskva və Kazanda olub, burada İT ictimaiyyətinin nümayəndələri və jurnalistlərlə görüşüb.
Yeganə
 
                        