Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Əyn şəhərində keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, o, 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P1) 215 xal toplayaraq fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
İdmançı noyabrın 5-dək davam edəcək turnirdə 50 metr (P4) və 10 metr üzrə qarışıq komanda (P6) yarışlarında da mübarizə aparacaq.
Xatırladaq ki, Kamran Zeynalov ötən ay Avropa çempionatında 1 qızıl, 2 gümüş medal qazanmışdı.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.