Mənzurə Musayeva arıqlamaq üçün kivi sirkəsi içdikdən sonra vəziyyəti pisləşib.
"Cebheinfo.az” pravda.az-a istinadən xəbər verir ki, müğənni bu barədə “Rəngarəng” verilişində danışıb:
“Bir gün gördüm ki, başım fırlanır, bədənimdə gizilti var. Həkimlər yığıldılar. Başımı MRT-yə salmışam, bütün analizlərdən keçmişəm ki, birdən nəsə problem olar. Qanın ümumi analizini verəndən sonra məlum oldu ki, 5 vitaminin hamısı yuyulub gedib. Demə, yemək yeməmişəm, sadəcə, kivi sirkəsini bir litr suya töküb içirmişəm, ona görədir... Kivi sirkəsi adamı çox arıqladır”.
"Cebheinfo.az”
 
                        