AZ

Ceyhun Bayramov Səmərqənddə Şövkət Mirziyoyevlə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şövkət Mirziyoyev ilə görüşüb.

 

Bu barədə Azərbaycan XİN "X"-də paylaşım edib.

 

Görüş Səmərqənddə keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyası çərçivəsində baş tutub.

 

Ceyhun Bayramov Özbəkistanı bu mötəbər qlobal toplantının uğurlu ev sahibliyi və əla təşkilatçılığı münasibətilə səmimi qəlbdən təbrik edib.

Tarix: 30 Oktyabr 2025, 17:53   
Seçilən
13
12
pravda.az

10Mənbələr