AZ

Hindistan Rusiya neftini əldə etməyin yolunu tapıb

Hindistan

Rusiyaya və onun neft nəhənglərinə qarşı ABŞ və Avropa Birliyinin yeni sanksiyaları hələlik Rusiya xam neftinin dəniz yolu ilə ixracına təsir göstərməyib.

Reyting.az
xəbər verir ki, Hindistan vasitəçilərlə Rusiyadan neft almağa davam edə bilər.

LSEG və “Reuters”in mənbələrinin sözlərinə görə, oktyabr ayında Primorsk, Ust-Luqa və Novorossiysk limanlarından ixrac, yenidən işlənmiş aylıq ixrac proqramına uyğun olaraq, gündə təxminən 2,33 milyon barel təşkil edib.

Qeyd edək ki, ABŞ sanksiyaları 22 noyabrda qüvvəyə minəcək. Çünki ABŞ “Rosneft” və “Lukoil” ilə müqavilələrə son qoymaq üçün 21 noyabr tarixini müəyyən edib. Hindistan və Türkiyənin isə məhdudiyyətlərə riayət edəcəkləri gözlənilir. Lakin Baltik limanlarından yola düşən gəmilər 21 noyabrdan sonra Hindistan neft emalı zavodlarında lövbər salmalıdırlar, çünki oradakı səyahət təxminən dörd həftə çəkir.

“Primorskda yüklənmiş hər şeyin 21 noyabrdan sonra Hindistana çatacağına zəmanət verilir”, - deyə bir treyder “Reuters”-ə bildirib.

Nəşr qeyd edir ki, Hindistan neft emalı zavodları hələ Rusiya neftinin alışı ilə bağlı qərar verməyiblər. Rusiya neftinin əsas alıcısı olan Hindistan şirkəti “Reliance Industries” sanksiyaların neft tədarükü müqavilələrinə təsirini qiymətləndirdiyini bildirib.

Mənbələr Rusiya neftinin satışının vasitəçilərə və ticarət şirkətlərinə həvalə ediləcəyini gözləyir ki, bu da satıcılar üçün xərcləri artıracaq, lakin alıcıları sanksiyalarla bağlı risklərdən qoruya bilər.

Ukrayna rəhbərliyi düşünür ki, ABŞ-nın Rusiya şirkətlərinə qarşı yeni sanksiyaları Rusiyanın neft ixracını 50 faiz azalda bilər.

V. QULİYEV
Seçilən
5
3
reyting.az

4Mənbələr