AZ

“Qarabağ” “Roma” və “Arsenal”a şərik oldu

Avropanın milli çempionatlarında ən az qol buraxan komandalar müəyyənləşib.

Paralel.az xəbər verir ki , siyahının ilk sıralarında Misli Premyer Liqasının iştirakçısı “Qarabağ” da var.

Son çempion cari mövsüm çempionatda etibarlı müdafiə xətti ilə diqqət çəkir. Qurban Qurbanovun yetirmələri ilk 8 görüşdə qapısından ümumilikdə 3 qol buraxıb. “Qarabağ” bu göstəriciyə görə qitənin 3-cü pilləsində qərarlaşır. Ağdamlılarla yanaşı, İtaliya təmsilçisi “Roma” və İngiltərə nəhəngi “Arsenal” da eyni statistikaya imza atıb. “Qarabağ”, “Roma” və “Arsenal” ən az qol buraxan klubların sıralamasında 3-cü yeri bölüşürlər.

Reytinqə San Marino klubu “Tre Fiori” və Portuqaliya təmsilçisi “Portu” başçılıq edirlər. Hər iki komanda hazırkı ana qədər 2 top buraxıblar. “Tre Fiori” 7, “Porto” isə 9 qarşılaşmada cəmi 2 qola üzülüb.

Qeyd edək ki, ehtiyatında bir oyun olan “Qarabağ” 17 xalla Premyer Liqada 2-ci pillədə qərarlaşır.

Seçilən
11
2
paralel.az

3Mənbələr