AZ

Gədəbəydə 1400-dən çox ağac əkilib

Yazını böyüt
Yazını kiçilt

Gədəbəydə 8 Noyabr - Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Hafta.az xəbər verir ki, bu aksiyaya şəhid ailələri və müharibə iştirakçıları da qatılıb.

Belə ki, rayon mərkəzi və kəndlərdə yerli iqlim şəraitinə uyğun 1400-dən çox müxtəlif növ ağac əkilib. Ərazilərin nəzarətdə saxlanılması, salınan yaşıllıqlara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlərin bundan sonra davam etdirilməsi nəzərdə tutulur. Aksiyanın məqsədi ekoloji tarazlığın, ətraf mühitin qorunmasına töhfə vermək olub.

Seçilən
3
3
hafta.az

4Mənbələr