Rusiya müharibənin 1345-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 668 təyyarəsi, 283 helikopteri, 93 479 PUA-sı, 633 zenit-raket kompleksi, 25 753 tank və digər zirehli texnikası, 1 608 reaktiv yaylım atəş sistemi, 30 912 artilleriya və minaatanı, 45 303 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.