AZ

“Toyota” yeni nəsil “Corolla” konseptini təqdim edib - FOTOLAR

“Toyota” Tokioda keçirilən “Japan Mobility Show 2025” sərgisində yeni, 13-cü nəsil “Corolla” modelinin konseptini təqdim edib. Avtomobil futuristik üslubu ilə böyük dizayn dəyişiklikləri ilə diqqət çəkir.

Yeni Corolla hazırkı modeldən həm xarici, həm də daxili görünüşünə görə tamamilə fərqlənir:

Gözlənilir ki, yeni “Corolla” həm tam elektrik, həm də hibrid və qoşulan (plug-in) hibrid versiyalarda təklif olunacaq. Daxili yanma mühərrikli versiyanın buraxılması da istisna edilmir.

Hazırda təqdim olunan bu model konseptdir, dizayn və texniki göstəricilər seriya istehsalına qədər dəyişə bilər. Konseptin məqsədi “Corolla” modelinin gələcək inkişaf istiqamətini nümayiş etdirməkdir.

“Xarici görünüşdən və kuzov növündən asılı olmayaraq, Corolla həmişə Corolla olub. Məhz buna görə də o, “hər kəs üçün avtomobil” sayılır. Corolla bu statusunu qorumaq üçün necə inkişaf etməlidir? Dünya böyükdür və müxtəlifdir — yollar da, enerji reallıqları da fərqlidir”, — deyə şirkətdən bildirilib.(banker.az)

FOTO QALEREYA
Seçilən
24
2
avtosfer.az

3Mənbələr