Amerikalı milyarder İlon Mask Rusiyaya bir neçə dəfə gizli səfər edib.
Musavat.com xəbər verir ki, bu barədə onun atası Errol Mask TASS-a müsahibəsində bildirib.
"Bəli, o, burada olub. Və o, geri qayıdacaq. Ona daha tez-tez gəlməsini deyəcəyəm. Aydındır ki, o, çox vacib bir şəxsdir. Müəyyən ölkələrə səfər edəndə bunu ya gizli, ya da açıq şəkildə etməlidir. Mümkündür ki, o, artıq bir neçə dəfə gizli şəkildə burada olub. Bir neçə ictimai səfər təşkil etməliyik - bu barədə onunla müzakirə edəcəyik", - Errol Mask deyib.
Musavat.com
 
                        