AZ

Mənzillərə istilik noyabrın 1-dən veriləcək? - RƏSMİ CAVAB

Azərbaycanda dağlıq ərazilərdə istilik mövsümü hər il 1 noyabrdan başlanır.

Bu gün Quba və Qusarın dağlıq bölgələrinə ilin ilk güclü qarı yağıb. Dağlıq ərazilərdə havaların soyuması isə istilik ehtiyacının yarandığını göstərir. Noyabr ayının 1-dən dağlıq ərazilərdə bir sıra sosial obyektlərə istilik veriləcək.

Bəs nəzərdə tutulan dağlıq ərazilərin rəsmi siyahısı varmı?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, dağlıq rayonlarının bir sıra yaşayış və sosial obyektləri istiliklə təmin olunacaq:

“Cəmiyyətin xidmət zonasına daxil olan 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi vasitləsi ilə 34 yaşayış binası, 16 orta məktəb, 3 uşaq bağçası, 2 səhiyyə müəssisəsi, 18 sosial və təsərrüfat hesablı obyektlər istiliklə təchiz olunacaq və mövsüm növbəti ilin may ayının 1-dək davam edəcək”.

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr